Çinli tələbələr üçün onlayn mühazirə: Azərbaycanı tanıdılar - Fotolar
19:49 23.12.2020
Arxiv
470
Çinin Anhui Universiteti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə çinli tələbələr üçün onlayn mühazirə keçirilib.
“Zoom” proqramı vasitəsilə baş tutan mühazirənin məqsədi hər iki universitet tələbələri arasında qarşılıqlı anlaşma yaratmaq və Azərbaycanı çinli tələbələrə tanıtmaq olub.
"Sherg.az" xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Rauf Həsənov Anhui Universitet tələbələrinə Çin-Azərbaycan əlaqələrinin yaradılmasından və hərtərəfli inkişafından bəhs edib. O qeyd edib ki, hər iki ölkə arasında mövcud əlaqələr iqtisadi, siyasi, mədəni sahə ilə yanaşı, təhsil sahəsində də uğurla irəliləyir. Bu istiqamətdə BDU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rolunu yüksək qiymətləndirən R.Həsənov bildirib ki, institutda azərbaycanlı tələbələr Çin dili ilə yanaşı, həm də Çin mədəniyyətini, iqtisadiyyatını və digər sahələr üzrə məlumatlar öyrənə bilirlər. Nəticədə bu gün yüzlərlə azərbaycanlı tələbə Çində təhsil alır.
Çoxsaylı çinli tələbələrin də Azərbaycanda, xüsusən, BDU-da təhsil almasını qeyd edən R.Həsənov tələbələrə Azərbaycan təhsil sistemi haqda da geniş məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.
Onlayn mühazirədə Anhui Universitetinin Xarici Araşdırmalar fakültəsinin dekanı və Azərbaycan Tədqiqat Mərkəzinin direktoru Zhan Çuanvang və Anhui Universitetinin Beynəlxalq Ofisinin direktoru Hu Sueven qonaq qismində iştirak ediblər.
Mühazirənin aparıcısı və Konfutsi İnstitutunun direktoru Vang Hao Çianq öz növbəsində gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, mühazirə Çinin Anhui Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Tədqiqat Mərkəzinin fəaliyyətlərindən biridir. Gələcəkdə Çinin də azərbaycanlı tələbələrə tanıdılması məqsədilə mühazirələrin təşkil olunması planlaşdırılır.
Məlumat üçün bildirək ki, Azərbaycan Tədqiqat Mərkəzi BDU və Anhui Universitetinin birgə əməkdaşlığı əsasında yaradılıb.
Sevda Ulutau
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm
Ermənistanın Aİ-yə üzvlüyü avtomatik baş verməyəcək - ŞƏRH
17:56 24.09.2026
Gündəm
Tramp sülh prosesinin miqyasını dəyişdi - ŞƏRH
17:33 24.09.2026
Gündəm