Daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verilib
08:01 12.06.2021
Arxiv
517
“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AMEA üzrə Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinə yeni Biofizika İnstitutu əlavə edilib. İnstitutda da fəlsəfə və elmlər doktoru üzrə doktorantura ixtisasına qəbul olacaq.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, AMEA-nın Biofizika İnstitutu 2016-cı ildən etibarən biofizika sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. İnstitutda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər doktoru və 6 fəlsəfə doktoru çalışır.
İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.
Mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 2406.01 – Biofizika (biologiya, tibb, fizika, texnika), 2406.02 – Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), 2424.01 - Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.
Qərarın qəbul edilməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazırlanmasının həyata keçirilməsinə imkan yaradır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm