Daha bir nəfər dənizdə batıb öldü



Bakıda 31 yaşlı kişinin dənizdə batan meyiti sudan çıxarılıb


FHN-in saytının məlumatına görə, Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb.


R.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.