“Danışıqlar effektiv olmasa, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik”
10:23 26.06.2018
Arxiv
446
"Azərbaycan Ordusunun gündən-günə güclənməsi onu göstərir ki, ölkəmiz işğal olunmuş ərazilərimizin düşmən tapdağında qalması ilə barışmayacaq”.
Bunu "Sherg.az”a millət vəkili Əflatun Amaşov ölkə başçısı İlham Əliyevin Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə bu gün baş tutan möhtəşəm hərbi paradda çıxışı zamanı toxunduğu çoxvektorlu məsələlərə münasibət bildirərkən deyib.
O xatırladıb ki, uzun müddətdir sülh danışıqları aparılır və düşmən hər cəhdlə danışıqları uzatmağa çalışır:
"Ermənistan müxtəlif hiylələrlə danışıqlara mane olur. Bütün bu pozuculuq siyasətinin bir sonu olmalıdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təşkil olunan hərbi paradda bir çox müasir silahlar nümayiş olundu. Paradı canlı seyr edən, mətbuatdan, sosial şəbəkələrdən, televiziyadan izləyən hər bir azərbaycanlı çox böyük qürur və fəxarət hissi keçirir. Biz fəxr edirik ki, bu cür güclü ordusu, müasir silahlarla silahlanmış, peşəkar şəxsi heyəti olan silahlı qüvvələrə malik ölkənin vətəndaşlarıyıq. Bu xalq öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Hələlik, danışıqlar yolu ilə işğal olunmuş ərazilərimizi geri qaytarmağa cəhd göstərilir. Bu addımlar effektiv olmasa, torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Güclü ordumuz buna qadirdir. Qeyd etdiyim ki, bu gün keçirilən hərbi parad və möhtəşəm nümayiş gücümüzü bir daha sübut etdi”.
Qeyd edək ki, bu gün Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər. Bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər”
Aysel Aslan,
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat