Davudoğlu xəbər verdi: Türkiyə Böyük Millət Məclisinin sədri əməliyyatdan çıxdı





Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın əməliyyatı  təxminən 5 saat çəkib. Keçmiş baş nazir Əhməd Davudoğlu, İsmayıl Qəhrəmanın əməliyyatdan uğurlu çıxdığını ifadə edərək, "Vəziyyəti həkimlərimizin verdiyi məlumata görə, çox yaxşıdır. İnşallah, hər vaxt o sadə və gözəl üslubunu məclis sədri kürsüsündən eşidə biləcəyik. Allah ona, millətə xidmət etmək yolunda güc versin." deyib.

Qəhrəmana şəfa diləyən Davudoğlu, "Onunla çoxdan dostam. Hamımızın böyük qardaşı yerindədir. Təkcə məclis sədri olduqdan sonra deyil, əvvəldən, gənclik illərindən bəri bərabər idik. Dünyanın ən zərif, ən nəzakətli, ən yaxşı ürəkli insanlarından biriydi. Ölkəmizə keçmişdə mədəniyyət naziri, son iki ildir də spiker kimi böyük xidmətlər göstərir. Hər kəs onun əxlaqını, üstünlüklərini bilər." deyə danışıb.