Daxili İşlər naziri “Lotu Quli” ilə bağlı ŞOK FAKTLARI AÇDI: Onu tutduq, dindirdik, sonra... - FOTO
12:04 20.05.2021
Arxiv
908
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən ilin avqustunda Antalyada güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edildiyi halda necə geri dönə bildiyi haqda danışıb.
Nazir bu mövzuya TRT Haber-ə müsahibəsi zamanı “yeraltı dünyasının” xaricə qaçan lideri Sedat Pekerin onun ünvanına səsləndirdiyi, son günlər Türkiyədə gündəm olan ittihamları ilə bağlı danışarkən toxunub. Bildirib ki, “Lotu Quli” başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə geri dönə bilmişdi.
“Dünyanın 12 ən güclü mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov deyilən adam 20 il həbsxanada yatıb. Səlifov, “Lotu Quli” dünyanın 12 ən güclü mafiyasından biridir. Bir çox insan gəldi, getdi, bunu yaxaladıq. İçəri qoyduq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Amma deportasiya mərkəzindən çıxarıb qoydum geri, yerinə. 2-2.5 ay orada saxladıq, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxınındakı bir cangüdəni bunu güllələdi”, - Süleyman Soylu bildirib.
Qeyd edək ki, mafiya lideri Sedad Peker “Lotu Quli”nin Türkiyədə bir polisin həlak olması ilə nəticələnən atışmada əli olması şübhəsi ilə saxlanıldığını, deportasiya edildiyini, daha sonra geri döndüyünü bildirmişdi.
“Lotu Quli” Azərbaycandan həbsdən buraxıldıqdan sonra Türkiyədə məskunlaşmışdı. 2018-ci ilin payızında Türkiyə polisi onu saxlayıb və deportasiya olunmaq üçün barəsində prosedur başladılıb. Lakin məhkəmə onun sərbəst buraxılmasına qərar verib. Bir neçə həftə sonra “Lotu Quli” yenidən tutulub və bir müddət miqrantların deportasiyası mərkəzində saxlanılıb. Daha sonra Türkiyədən deportasiya edilib. Buna baxmayaraq o, bir müddət sonra yenidən Türkiyəyə dönüb. (virtualaz.org)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi