
Dayanıqlı sülhə aparan yol...
08:14 07.02.2019
Arxiv
540
Qarabağ icmalarının dialoqu qaçılmazdır, ancaq ermənilər yayınır
Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev artıq bir neçə dəfədir ki, erməni icması ilə dialoqlar qurmağa və görüşlər keçirməyə hazır olduqlarını bəyan edib. Lakin sədr vurğulayıb ki, bunun üçün ilk növbədə Ermənistan hökuməti münaqişənin həlli prosesində konstruktiv addım atmalı, həll prosesinin ilkin mərhələsinə razılıq verməli və qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdır. Yalnız bundan sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icmaların birgəyaşayışından söhbət açıla bilər. Xatırladaq ki, icmalararası dialoqların qurulması bir növ xalqların sülhə hazırlanması prosesinin tərkib hissəsidir. Ancaq bununla bağlı da ictimaiyyətdə birmənalı yanaşma yoxdur. Bəziləri hesab edir ki, hətta sülh şəraitində belə Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışında ermənilər tərəfindən problemlər yaradıla bilər. Buna baxmayaraq, Azərbaycan tərəfi sülhdən sonra birgəyaşayışı təmin edəcəyinə dəfələrlə söz verib.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Ceyhun Əhmədlinin sözlərinə görə, Azərbaycan xalqı Dağlıq Qarabağda ermənilərlə birgə sülh və əminamanlıq şəraitində yaşaya biləcəyinə inanır:
"Nəzərə alaq ki, bu gün ölkəmizdə minlərlə erməni kökənli vətəndaşımız hər hansı bir təzyiqə və ayrıseçkiliyə məruz qalmadan firavan həyat yaşayır. Onlar Azərbaycan Respublikası vətəndaşları kimi həm bütün konstitusion hüquqlardan faydalanır, həm də dövlət qarşısındakı vəzifələrini layiqincə yerinə yetirirlər. Hesab edirəm ki, Dağlıq Qarabağda eyni vəziyyətin yaranması üçün icmalararası dialoqun yaranması labüddür. Azərbaycanlı icma bu dialoqa hazır olduğunu dəfələrlə bəyan etsə də, Dağlıq Qarabağdakı qondarma rejimin kriminal rəhbərliyi hər dəfəsində birgəyaşayışla bağlı müzakirələrdən qaçmağa çalışıb. Bu da əbəs yerə deyil. Çünki həmin dəstə vaxtilə torpaqlarımızın işğalında, soydaşlarımızın qanının tökülməsində bilavasitə əli olan cinayətkarlardan təşkil olunub. Bu cinayətkarlar Dağlıq Qarabağdakı erməni icmasının rəhbərliyindən uzaqlaşdırılmayınca, daimi sülhdən söhbət gedə bilməz”.
Analitik bildirib ki, dayanıqlı və effektiv sülhün təmin olunması üçün əvvəlcə qondarma rejimin rəhbərliyində dəyişiklik olmalıdır:
"Daha sonra torpaqlarımızın işğaldan azad edilməsinə paralel surətdə, iki icma arasında dialoq mühiti formalaşdırılmalıdır. Bu, danışıqlar prosesinin formatına da uyğun gəlir. ATƏT-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə qəbul olunmuş sənədində də qeyd olunmuşdu ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları danışıqlarda maraqlı tərəf kimi iştirak edə bilər. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi indiyədək bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirməyib”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol