DƏHŞƏTLİ AİLƏ DRAMI: Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü




Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.


Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



*****



13:30



Hacıqabul sakini özünü asaraq intihar edib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı özünü asıb.


İntiharın səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir.


Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.