Dələduzluqda təqsirləndirilən şəxs deputat Elmira Axundovadan üzr istəyib
08:30 15.10.2018
Arxiv
849
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsini yazılı şəkildə məhkəməyə təqdim edib.
Daha sonra E.İbrahimov ifadəsini elan edib. O, zərərçəkmiş Fərman Məmmədov epizodu üzrə danışıb: "Fərman müəllim ifadəsində deyir ki, biznes işi ilə bağlı mənimə əlaqə saxlayıb. Sonra məhkəmədə bildirir ki, pulu Həbib Axundova verib. Axı bu necə olur? O, heç verdiyi pulun məbləğini bilmir. Çünkü Fərman müəllimin verdiyi pul Nazir Mirzəyevə məxsusdur. Fərmanın dediyinə görə, guya onun pulunu Nazir saxlayırdı. Məgər Fərman bankdır? Fərmanın necə insan olduğu hər kəsə məlumdur. Mənim ona bir qəpik də borcum yoxdur. Əksinə, o, şər-böhtanla Həbib Axundovdan aldığı 250 min manat pulu geri qaytarmalıdır".
E.İbrahimov qeyd edib ki, həbs edilən zaman F.Məmmədovun adamları onun Həbib Axundovun üzünə durmasını istəyib:
"Fərman müəllim məndən şikayətçi olmadığını söylədi. Onlar bir neçə dəfə mənə dedilər ki, mən Həbibin üzünə durum".
İfadəsinin davamında təqsirləndirilən şəxs deputat Elmira Axundova və onun oğlu H.Axundovdan üzr istəyib:
"Çox utanıram. Çünkü mətbuatda onlar haqqında çox şey yayıldı".
O, F.Məmmədovdan faizə aldığı pulun əvəzinə qazancdan artıqlaması ilə pul verdiyini söyləyib:
"Ondan 430-450 min manat civarında faizə pulı almışam. Qazancdan isə 650 min manat pul vermişəm. Bir sözlə, Fərmanın mənə borcu qalıb".
Prosesdə zərərçəkmiş F.Məmmədov vəsatət qaldırıb. O, ibtidai istintaqı araşdıran müstəntiqin məhkəmədə dindirilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi