"Dənizə yaxın ərazilərdə hündürmərtəbəli binalar tikmək olmaz"
18:43 20.10.2018
Arxiv
749
Memar: "Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır"
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun (AMEA) aparıcı elmi işçisi Starə TarixAzər Zığ yolunda yerləşən 100-dən çox binanın aktiv zonada yerləşdiyini deyib. Bakının doqquz ərazisində hazırda sürüşmə riski olduğunu vurğulayan elmi işçi ölkə ərazisində yaz və payızda yağan yağışların çox olması səbəbi ilə sürüşmələr aktivləşir. Bayıl yamacı, Buxta, Badamdar, Bibiheybət, Masazır, Yeni Günəşli, Əhmədli, Bayıl, Zığ yolunda sürüşmə aktivdir və fəallaşma davam edir.
Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqovanın fikrincə, dənizə yaxın yerlərdə yaşayış binalarının, xüsusilə, çoxmərtəbəli tikililərin yerləşməsi məqsədəuyğun deyil: "Süxurların xassələrindən asılı olaraq, yuxarı hissələrdə yaşayışa icazə verilə bilər. Ancaq bizdə bu təhlükəni nəzərə alan yoxdur. Dənizə kifayət qədər yaxın, aşağı hissələrdə bu binalar ucaldılıb.
Əhmədli ərazisində də dənizə yaxın yerlərdə sürüşmə təhlükəsi olduğunu vurğulayan memar deyib ki, hansısa gözlənilməz hadisə baş verərsə, sürüşmə yaranarsa, Əhmədlinin dənizkənarı hissələri ciddi təhlükə ilə qarşılaşacaq.
Bundan başqa, Xırdalan ərazisi də az qala çökmə ilə üz-üzədir. Heç kimin xəbəri yoxdur ki, Xırdalanın yerləşdiyi ərazidən, torpağın alt qatlarından çoxlu çaylar axır. Xırdalan demək olar, batır. Dediyim kimi, bir fövqəladə hal, tektonik təkanlar, sürüşmələr baş verərsə, bu ərazilərdə yaşayış iflic hala düşə bilər”.
Ümumilikdə Bakı və Abşeron yarımadasında təhlükəli ərazilərin olması ilə bağlı illərdir xəbərdarlıq etdiyini vurğulayan Z.Budaqova deyib ki, yayda isti olur, aysberqlər əriyib tökülür, ona görə də okeanlarda, çaylarda su səviyyəsinin qalxması həm də yeraltı suların qalxmasına imkan yaradır: "Yeraltı sularımızın da qalxmağı Abşeron yarımadasında müəyyən fəsadların törənməsinə səbəb olacaq. Hündür yerlərdə evlər tikib, torpağı ağırlaşdırmaq olmaz. İllərdir deyirəm ki, "Sahil” metrosunun üzərindəki binalar da bir gün bu ölkə üçün problem yaradacaq. Artıq ərazidə müəyyən fəsadların yarandığına dair məlumatlar almışam. Metrostansiyanı təmir etsələr də, yerin altında nələr baş verir, onu hamıdan gizlədirlər”. Əvvəllər Bayılda ancaq 3 mərtəbəli evlərin olduğunu xatırladan memar deyib ki, sonradan hündürmərtəbəli tikililərlə oranı əhatəyə aldılar. Bu gün də biz həmin səhlənkarlığın acı nəticəsi ilə üz-üzəyik”.
Beynəlxalq Avtovağzalın bataqlığın içində tikildiyini iddia edən Z.Budaqova deyib ki, günün birində yeraltı su ilə bataqlıq birləşəcək və tikili tamamilə yerin altına gedəcək:
"Elə bilirlər ki, bu sözlərin hamısı havadan gəlir… Bunlar hamısı oxuduğumuz kitablardan, bilikdən gəlir”.
Z.Budaqovanın sözlərinə görə, Azərbaycan şəhərlərindən yalnız Sumqayıt müəyyən qədər şəhərsalma qanunlarına uyğun salınıb:
"Bu şəhərdə binalar bir-birindən uzaqdır, dəniz kənarında çoxmərtəbəli binalar yoxdur. Küçələr enli, genişdir. Buna görə, Sumqayıt bünövrə baxımından daha möhkəmdir.
Azərbaycanın regionlarından Qazax zonası daha bərk süxurları olan torpaqlara malikdir. Orada monitorinq keçirmişik, divarları Qız qalasının divarlarına bənzəyən qalalar var. Həmin abidələrin bənzərləri Gürcüstan istiqamətində də var. Tarixi çox qədim olan bu ərazilərin relyefi dözümlüdür. Çünki dənizdən kənardırlar, axan çaylar süxurların möhkəmliyinə təhlükə deyil.
Qazax ərazisində vaxtilə iri bir göl olub, sonradan quruyub. Həmin yerlər yaşayış massivi salmaq üçün idealdır.
Xəzər sahilinin cənuba doğru hissələrində isə çökmələrlə bağlı ciddi problemlər yoxdur. Amma yeraltı suların qalxması təhlükəsi yaşanır. Sadəcə, hündür binalar olmadığına görə fəlakətlər yüngül müşahidə olunur. Məktəblərin, ikimərtəbəli binaların çat verməsi və s. kimi proseslər cənub rayonlarında artıb. Lənkərana yaxın regionlarda da çatvermələr, fundamentlərin dözümsüzlüyü, sürüşmələrin baş verməsi tez-tez olur.
Qeyd etməliyəm ki, Salyan zonasında da süxurların xassəsini dəyişməsi, yeraltı suların qalxması özünü büruzə verir. Bu ərazi dənizə yaxın olmasa da sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət