Deputat: “Azərbaycanı sevməyən qüvvələr aranı qatmaq istəyirlər”




"Azərbaycanı istəməyən qüvvələr aranı qatmaq istəyirlər. Bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır. Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir. Atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti -Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

Sherg.az-ın məlumatına görə, bunu parlamentin iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov deyib.

Millət vəkili xatırladıb ki, ümummilli lider heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən qurulub:

"Bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir. Hazırda həssas dövrdür. Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.

Anar