Deputat: "Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır"
11:01 16.10.2018
Arxiv
474
"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb, lakin qanun layihəsinə "dini xurafat" anlayışının əlavə edilməsini təklif edərdim".
Bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Ə.Amaşovun fikrincə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir.
Məktəblərdə "Həyat bilgisi" dərsinin keçirilməsinin müsbət hal olduğunu bildirən deputat vurğulayıb ki, sözügedən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: "Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva da qanun layihəsi haqqında müsbət fikirlərini bildirib. O qeyd edib ki, məktəblərdə uşaqlar marrifləndirilməli, onlara zərərli informasiyalardan qorunmağın yolları öyrədilməlidir:
"Məktəblərdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zəruridir. Lakin burada valideynlər də uşaqları ilə yaxından maraqlanmalı, onları zərərli informasiyalardan qorumalıdır. Hesab edirəm ki, qanun layihəsi yaxın zamanda qüvvəyə minəcək və güclü şəkildə çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi