"İnsanlarımız dərk etməldirlər ki, onlar bu kampaniyanı öz şəxsi maraqları üçün aparırlar. Azərbaycan cəmiyyəti bu cür insanların böhtan və iftirasına inanmamalı və sərt təpki göstərməlidir"
"Azərbaycana qarşı qarayaxma kampaniyası bu gün də var, sabah da olacaq. Azərbaycandan siyasi mühacir adı ilə gedib Avropada yaşayanların içərisindən bəziləri maraqlandırlaraq "ələ alınırlar". Onlara böyük məbləğdə pul və məskunlaşdıqları Avropa ölkəsində vətəndaşlıq hüququ verilir".
Bunu "Sherg.az"a millət vəkili Elman Məmmədov bildirib.
Deputat qeyd edib ki, Avropadakı anti-Azərbaycan mərkəz də həmin "həmyerlilərimiz" ölkəmizə qarşı istifadə edirlər:
" O adamlar Azərbaycana qarşı olan mərkəzin əlində alətə çevrilirlər. Bu mərkəzi də Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə olanlar erməni mafiası və ermənipərəst qüvvələr təşkil edir. Azərbaycanı istəməyən qüvvələrdir. Həmin mərkəz Azərbaycandan getmiş azərbaycanlılardan istifadə edir. Əlbvəttə, biz o vaxt da deyirdik ki, avropadakı anti-Azərbaycan şəbəkəsi sırf qrant naminə ölkəmizi pisləyirlər. Görürsünüzmü qrant uğurunda bir-birinin üzünə dururlar, özləri-özlərini ifşa edirlər. Yəni bu məqam onların iç üzünü ortaya qoyur.

Onlar arasındakı bu dava getdikdə şiddələncək, çünki pula görə, ölkəsini dövlətini, xalqını satan adamdan nə desən gözləmək olar. Əsas məsələ odur ki, sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə onların kim olduğu üzə çıxdı. Artıq hamı bildi ki, onlar xalqın təssübünü çəkmirlər, davaları puldur. Pula görə, hər cür yola əl atılar. yaxşı yaşamaq naminə ölkəsini satır. Bu ifşa prosesi getdikcə güclənəcək. Əminəm ki, digər anti -millilər də bir-birini ifşa edəcək. Cəmiyyət bunu pisləməlidir. İnsanlarımız dərk etməldirlər ki, onlar bu kampaniyanı öz şəxsi maraqları üçün aparırlar. Azərbaycan cəmiyyəti bu cür insanların böhtan və iftirasına inanmamalı və sərt təpki göstərməlidir".
Qeyd edək ki, artıq bir neçə gündür ki xaricdə yaşayan və Azərbaycan dövlətinə qarşı ardıcıl şəkildə kampaniya aparan şəbəkənin aparıcı nümayəndələri bir birinı qarşı ifşaedici açıqlamalar verirlər. Açıqlamalar göstərir ki, özlırini demokratiya carçısı və ədalət tərəfdarı kimi qələmə verənlər, sözdə dövlət və millətin qayğısı ilə yaşadıqlarını bəyan edınlər əskində xarici anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fıaliyyət göstərmiş, sifariş yerinə yetirmişlər. Onların əsas məqsədi daha çox qrant almaq və məbimsəmək olub. Bu məqsədlərə xidmət edənlər sadəcə xain və düşmən dəyirmanına su tökən ünsürlərdir.
Ayyət Əhməd