Deputat “professor”lara ismarıc göndərdi: "İslahatların buynuzu olur?"
09:20 21.05.2019
Arxiv
771
"Dövlət başçısının apardığı siyasətə bəzi qüvvələr kölgə salmağa çalışır. Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?".
Bunu deputat Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib:
"Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunsun.
Müzakirəyə çıxarılan büdcənin icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy, onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.
Deputat qeyd edib ki, Maliyyə Nazirliyi il boyu bircə tədbir keçirib, vacib məsələləri müzakirə etmir:
"Təklif edərdim ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə, heç olmasa, investisiyalarla bağlı müzakirə aparsın. Bununla bağlı bizə ciddi iradlar var. Bu iradların aradan qaldırılması üçün ictimai müzakirələr keçirilməlidir”.
V.Əhmədov çıxışı zamanı anadan olduğu Qubanın Qonaqkənd kəndinə 70 il ərzində yol çəkilmədiyini xatırladıb:
"Bu kəndə sovet dövründə yol çəkilməyib. Rayon mərkəzi ilə kənd arasında 5 çay olub və bu çaylar üzərində körpü olmayıb. Ancaq Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində son iki ildə bu kəndə yol çəkilir, çaylar üzərində körpü salınır, asfalt yol çəkilir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya