
Deputat sərt danışdı:"BQXK Dilqəm və Şahbazın nə vəziyyətdə saxlandığını yaxşı bilir" - Amansız işgəncə
10:25 13.03.2018
Arxiv
1003
"Dilqəm və Şahbazın girovluqda başına gətirilənlər ürək ağrıdır. Onların qohumlarına, ailəsinə səbir arzulayıram. Çox istərdik ki, sağlıqla əzizlərinə qovuşsunlar”.
Bu sözləri "Sherg.az”a tarixçi, millət vəkili Fəzail İbrahimli deyib.
O vurğulayıb ki, Dağlıq Qarabağda girov saxlanan girovlarımıza görə, hər kəs narahatdır:
"20 faiz torpaqlarımız işğal olunub, 1 milyon qaçqın və məcburi köçkünümüz var. Görün, dünya nə dərəcədə ədalətsizdir ki, həmin şəxslərin işgəncələr çəkməsinə göz yuma bilir. Bu haqsızlıq, qəddarlıq insanın bağrını çatladan məqamlardır.

Dilqəm və Şahbazın işgəncələrə məruz qalması dünya üçün sirr deyil. Beynəlxalq güclərin buna laqeyd münasibət sərgiləməsi, Ermənistanı işğalçı elan etməməsi, BMT qətnamələrinə əməl olunmaması elə soydaşlarımızın işgəncələrə məruz qalmasına gətirib, çıxarır. O işgəncələri törədənlərə divan tutulsa, tərbiyə verilsə, xəbərdarlıq edilsə, vətəndaşlarımıza qarşı işgəncə törətməyə cəsarət etməzlər. Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hansı vəziyyətdə saxlandığını çox yaxşı bilir.
Beynəlxalq hüquq normaları iflic vəziyyətə düşüb. Dünyada güc hüquqa diktə edir. Hüquq gücün yedəyində gedir. Amerikanın, Avropanın siyasi xəttindəki ikili standartlar bizi belə duruma gətirib çıxarır.
Bütün dünya deyir, Dağlıq Qarabağ problemi müharibəsiz həll olunmalıdır. Danışıqlara göndərirlər, vasitəçilik edirlər. Lakin mənfi əməllər cəzasız qalanda insan dünyanın ən dəhşətli obrazına çevrilir. Ermənilər cəzasız qaldığından, girov saxladıqları vətəndaşlarımıza işgəncələr verməkdən belə çəkinmirlər".
Qeyd edək ki, Dağlıq Qarabağda girov saxlanan azərbaycanlı Şahbaz Quliyevin qardaşı İlham Quliyev mətbuata açıqlamasında girovlara işgəncə verildiyini deyib. O, qardaşının vəziyyətinin pis olduğunu təsdiqləyib:
"Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hər dəfə bizə onların yaxşı olduğunu, nəzarət altında saxlanıldığını deyirlər. Amma mən yaxşı bilirəm ki, onların vəziyyəti pisdir. Deyəsən, bu gedişlə girovların meyitlərini alacağıq.
Bu qədər işgəncəyə insan necə dözsün?! Şahbaz son məktubunda xəstə olduğunu, gəzə bilmədiyini yazıb. O, heç yemək yeyə də bilmir. Ödünü çıxarıblar, vəziyyəti çox pisdir”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə