Deputat sığorta institutlarından NARAZIDIR: “....İşləmirlər”
10:03 24.04.2019
Arxiv
762
Millət vəkili Fazil Mustafa "Facebook” hesabında yazdığı statusda maraqlı bir məsələyə toxunub. Parlament üzvünün sözlərinə görə, son zamanlar görürük ki, hansısa hadisə olanda aidiyyəti məmurlar buna müdaxilə edə bilmir. Adekvat reaksiya olmur. Sonda prezident məsələyə müdaxilə edir, problemin həlli istiqamətində tədbirlər görür: Bu, nəyin nəticəsidir? Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn deyək ki, "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil.
Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə siğorta sistemi çöküb. Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.Ya zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb. Təhsil və məhkəmə sistemində də belə hallar yaşanır. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub. Biz ona görə elə etməliyik ki, sistem işləsin. Prezident bütün xırda məsələlərə görə müdaxilə eləməsin”.
F.Mustafanın fikirlərini müsbət dəyərləndirən həmkarı Çingiz Qənizadə "Sherg.az”a bildirib ki, bu, doğru qənaətdir:
"Hər zaman cənab Prezident humanist addımlar atır. Son aylarda verilən fərman və sərəncamlar, görülən işlər bunun bariz nümunəsidir. Ölkə başçısı istənilən an insanların problemlərinin aradan qaldırılması istiqamətində ölçülmüş, biçilmiş qərarlar verir, addım atır. Fikrimcə, buna görə ölkə başçısına təşəkkür düşür. Elə ötənlərdə "Diqlas” ticarət mərkəzi yandıqda yenə cənab Prezident xalqın yanında oldu.
"Diqlas” ticarət mərkəzində çox saylı insanlar özlərindən aslı olmayaq əmlaklarını sığorta edə bilməyib. Yanğın baş verdikdə isə yüzlərlə insanlar çətin vəziyyətə düşdü. Bu baxımdan da cənab Prezident onların düşdüyü zərəri öz üzərinə götürdü.
Lakin bütün bu məqamları nəzərə aldıqda Fazil Mustafa fikirlərində haqlıdır.Yəni bu kimi məsələlərin həllini dövlət öz üzərinə götürməməlidir. Ölkədə sığorta mədəniyyəti olmalıdır. Sığorta şirkətləri əhali ilə müqavilə bağlayarkən yalnız öz mənafeyini düşünməməlidir. Eyni zamanda Sığorta şirkətləri könüllülük pirinsipi əsasında işləyirlər.
Yəni sığorta etdiyi şəxslərin istədikləri ilə müqavilə bağlayırlar, istəmədikləri ilə də yox. Bütün bu hallar qanunla tənzimlənməlidir. Sığorta təşkilatları müraciət edən bütün şəxslərə eyni münasibət göstərməlidir. Fikrimcə, bu mədəniyyət bizdə kifayət qədər inkişaf etməyib. Azərbaycanda sığorta institutları lazımi qaydada işləmir. Bu məsələyə diqqət yönəltmək vacibdir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil