Deputat toy və yasdan narazılıq etdi - "15 il əvvəl bir dəfə gördüyü adamı toya çağırırlar"




Millət vəkili Çingiz Qənizadə cəmiyyəti toy və yas mərasimlərindəki israfçılığa qarşı çıxmağa səsləyir. 

Sherg.az bildirir ki, deputat parlamentdə büdcə müzakirələri zamanı deyib ki, son zamanlarda iqtisadi çətinliyə baxmayaraq, toy mərasimlərində yenə də israfçılığa və xoşagəlməyən hallara yol verilir: "Bir də görürsən ki, 10, 15 il əvvəl kimsə kimisə haradasa görübsə və ya bir stakan çay içibsə, onu toya dəvət edir. Bugünükü reallıq, heç də hər bir ailənin büdcəsi bu toylarda iştirak etməyə imkan vermir. Hesab edirəm ki, bu yolverilməz haldır. Mən çox arzu edərdim ki, Azərbaycanda mərasimlər haqqında yeni qaydalar tətbiq olunsun. Bu, qanun formasında da ola bilər, ölkə başçsının göstərişi əsasında da. Toy mərasimlərində yüz nəfərdən çox olmamaq şərti ilə xeyrat adı altında isti yeməklərin verilməsi yığışdırılmalıdır”. Millət vəkili qeyd edib ki, artıq özü də son vaxtlar toylara getməyi azaldıb və bu azalma bundan sonra da davam edəcək. Yas mərasimlərinə gəldikdə isə millət vəkili bildirib ki, həmin mərasimlərə gedəndə insanlarla söhbətində israfçılığa yol verilməməsini onların diqqətə çatdırır: "Yas mərasimlərində isti yeməklər veriləndə buna əsəbiləşirəm. İzah etməyə çalışıram ki, bu yemək ehsanatının dünyasını dəyişənə heç bir aidiyyatı yoxdur. Odur ki, həm toylarda, həm də yas mərasimlərindəki bu israfçılığa son verilməlidir. Bugünkü reallıq da bunu tələb edir. Bunlar yas sahibinə əlavə yükdür”.

Anar