Deputatdan müharibə anonsu:"...aprel döyüşlərinin təkrarlanmasına ehtiyac olacaq”
11:48 09.04.2018
Arxiv
1873
Tahir Kərimli: "Minsk qrupunun həmsədrləri Azərbaycanın güzəştə getməsinə çalışır. Gücdən imtina məsələsi qabardılır, tələb irəli sürülür, halbuki güc tətbiq edən Ermənistana qarşı addım atılmır"
"Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamaları Dağlıq Qarabağ probleminin məsuliyyətini üzərindən atmaqdan başqa bir şey ifadə etmir”.
Bunu "Sherg.az”a S.Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün tərəflər, 2011-ci il tarixli Kazan sammitindəki razılaşmalara əsaslanaraq, biri-birinə inamsızlıqdan imtina etməlidirlər” təklifinə münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib. O vurğulayıb ki, problemin kökündə münaqişə tərəflərinin bir-birinə inamsızlığı dayanmır:
"Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasının səbəbi işğalçının öz niyyətindən əl çəkməməsidir. Ermənistan Qarabağı Azərbaycana qaytarmaq istəmir. Azərbaycan isə öz əbədi və əzəli torpaqlarında qondarma qurumun yaradılması ilə qətiyyən qəbul etmir.
Rusiya həqiqətən həmsədrlik etmək fikrindədirsə, münaqişəni həll etmək istəyirsə, işğalçını adı ilə çağırmalıdır. İşğalçı və işğala məruz qalan dövlətə həmsədr ölkə eyni səviyyədə qiymət verməməlidir. Halbuki Rusiyanın XİN rəhbəri erməni əsilli olduğuna görə, öz xislətini hər yerdə göstərir. Rusiya həmişə Ermənistanın tərəfində olduğuna görə, Minsk qrupunun da həmsədri oldu. Digər həmsədr ölkələrin də, Azərbaycana rəğbəti olmadığına görə, həmsədrliyə can atdılar. Minsk qrupunun həmsədrləri Azərbaycanın güzəştə getməsinə çalışır. Gücdən imtina məsələsi qabardılır, tələb irəli sürülür, halbuki güc tətbiq edən Ermənistana qarşı addım atılmır. Belə davam edərsə, aprel döyüşlərinin təkrarlanmasına ehtiyac olacaq”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol