Deputatdan müharibə çağırışı: “Qərar qəbul edib torpaqlarımızı işğaldan azad etməliyik”




Millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu günkü iclasında deyib ki, Azərbaycan ordusu və dövləti hər an hərbi əməliyyatlara hazır olmalıdır. "Sherg.az"ın xəbərinə görə deputat bunu Ermənistandakı hazırkı durumla əlaqələndirib: 

"Bu gün Ermənistanda gərgin siyasi vəziyyət mövcuddur. Hesab edirəm ki, orada siyasi qüvvələr daxili istifadə üçün atəşəkəsi poza bilərlər. Belə bir halda cəsarətli qərar qəbul edib torpaqlarımız işğaldan azad edilməlidir.

Q.Həsənquliyev əlavə edib ki, Milli Məclisin Qrabağla bağlı iclasının keçirilməsinə çox böyük ehtiyac var: 

"Mən prosesləri diqqətlə izləyən biri olaraq əminəm ki, Ermənistan yaxın zamanlarda vətəndaş qarşıdurmasına girəcək və onlar atəşkəsi poza bilərlər. Paralel şəkildə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır”.