Deputatdan müharibə çağırışı:"Azərbaycan elə indi erməniləri torpaqlarımızdan çıxarmalıdır"






"Azərbaycan elə indi özünün hərbi gücündən istifadə edib, erməniləri işğal etdikləri torpaqlarımızdan çıxarmalıdır".

Bunu "Sherg.az”a millət vəkili Elman Məmmədov söyləyib. Onun sözlərinə görə, Ermənistanın başqa dövlətin ərazisini işğalda saxlaması, orada hərbi təlimlər keçirməsi beynəlxalq təşkilatlara qarşı saymazlıqdır:

"Yaxud, digər tərəfdən bu o deməkdir ki, beynəlxalq qurumlar Ermənistanla həmfikirdir. Aydın görünür ki, rəsmi İrəvan o təşkilatlara güvənib, özbaşınalıq edir.

İşğal olunmuş ərazilərimizdə təlim keçirməkdə məqsəd isə Ermənistandakı etirazlardan, hakimiyyət çəkişməsindən diqqəti yayındırmaqdır. Cəbhə xəttində cəhd edilən təxribatların qarşısını Azərbaycan məharətlə alır. Bu zaman insident baş verdikdə, erməni xalqının canına qorxu düşür”.

E. Məmmədov düşünür ki, Ermənistanda başlanan hakimiyyət böhranı uzun müddət davam edəcək:

"Çünki Ermənistan son illərdə iki istiqamətə - Rusiya və Qərb - oynamağa başlayıb. İrəvan hər iki tərəfdən himayə olunmağı gözləyir. Ona görə, Ermənistanın ikili siyasəti başına bəla olur.

Nikol Paşinyanın ortaya çıxması isə, Amerikanın üstünlük qazandığını göstərir. Rusiya isə bunu qəbul etməyəcək. Hazırda Ermənistanın az qala bütün iqtisadiyyatı Rusiyadan asılıdır, hava sərhədlərini bu dövlət qoruyur. Ermənistan tarix boyu etdiyi əməlin - xəyanətkarlığın cavabını bu dəfə Rusiyaya verəcək”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Aysel Aslan