"Deputatdan mühüm çağırış:...Dizel yanacağının qiyməti qalxmamalıdır"

Vahid Əhmədov:"Kənd təsərrüfatı dizel yanacağı ilə işləyir. Onun qiyməti qalxarsa, istehsal olunan məhsulun qiymətinin bahalaşması baş verəcək"



"Dizel yanacağı birbaşa Azərbaycanın iqtisadiyyatı, əsasən kənd təsərrüfatı ilə bağlıdır”.

Bunu "Sherg.az”a dizel yanacağının bahalaşması ehtimallarından danışarkən iqtisadçı, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı faktiki şəkildə dizel yanacağı ilə işləyir:

"Dizel yanacağının qiyməti qalxarsa, kənd təsərrüfatında istehsal olunan məhsulun qiymətinin bahalaşması baş verəcək. Çünki maya dəyərini üstələyəcək.

Bundan sonra dövlət əlavə subsidiyalar, datasiyalar verməyə məcbur olacaq. Ona görə, hesab edirəm, kənd təsərrüfatının inkişaf etdirildiyi vaxtda dizel yanacağının qiyməti qalxmamalıdır. Buna heç bir ehtiyac yoxdur”.

Aysel Aslan