Deputatdan Paşinyana sərt sözlər:"Küçədən gəlib, küçəyə də atılacaq !"

Elman Məmmədov: "Paşinyana sual verirəm: niyə aclıq və səfalət məngənəsində boğulan ermənilərin qayğısına qalmırsan, durub Azərbaycanın daxili işlərinə burun soxursan ? ! "



"20 ildən çoxdur ki, Ermənistanı hərbi canilər idarə edir. Bu gün də düşmən ölkənin başında heç bir siyasi səriştəsi olmayan və küçədən gələn bir nəfər dayanır".

Bunu "Sherg.az"a millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Paşinyan kimi küçə adamından bundan başqa heç nə gözləmək olmaz:

"O, heç şoumen də deyil. Şoumen Paşinyana üçün çox böyük statusdur. Heç özü də bilmir ki, onu haradan gətiriblər, hansı oyuna salıblar və onu gələcəkdə nələr gözləyir. Paşinyandan alət kimi istifadə edirlər. Ondan aralıq mərhələdə yararlanacaqlar. Yaxın gələcəkdə isə küçədən gələn bu adamı elə küçəyə də atacaqlar. Belələrinin fikirlərindən narahat olmağa dəyməz. Bir düşmən ölkənin rəhbəri başından aşan problemlər, ölkəsindəki acınacaqlı vəziyyət, böhran və fəlakətlər haqqında düşünüb, tədbir görmək əvəzinə Azərbaycan Prezidentinin oğlu Heydər Əliyevin hərbi xidmət keçməsi ilə bağlı cəfəng dolu fikirlər səsləndirir. Paşinyana sual verirəm: niyə aclıq və səfalət məngənəsində boğulan ermənilərin qayğısına qalmırsan, durub Azərbaycanın daxili işlərinə burun soxursan ? ! Küçə adamından başqa nə gözləmək olar ki ? Bir daha qeyd edirəm ki, Paşinyan küçədən gəlib küçəyə də atılacaq".

Ayyət ƏHMƏD




















"Il ərzində qüsürlu doğulan uşaqların bu statistikası həqiqətəndə ürək açan deyil”

Bu barədə "Sherg.az”a bu il ölkədə 400-dən çox körpənin qüsurlu doğulmasının səbəbləri barəsində danışarkən pediatr Günay Rəsulova bildirib.

Onun sözlərinə görə, uşaqların qüsürlu doğulması son zamanlarda daha çox yaşanır:

"Uşaqların anadan qüsüulu doğulması keçmişdə də olub. Amma son zamanlar bu tendensiya sürətlənib. Körpənin anadan qüsüurlu doğulmasınıln bir neçə səbəbi ola bilər. Bəzən anada olan problemlər və ya hamiləlik dövründə yaranan mənfi amillər sonda ortaya belə bir mənzərə çıxarır.Əsasən də uşaqların qüsürlu doğulmasının başlıca səbəblərindən biri ananın hamiləlik dövründə həkimə müraciət edib, müəyyən müayinələrdən keçməməsidir. Çünki həkim yoxlamalar zamanı böyük problemlərə yol açan kiçik amilləri asanlıqla aradan qaldıra bilər. Bundan başqa hamiləlik prosesində ana mümkün qədər pis vərdişlərdən uzaq durmalıdır”.

Qeyd edək ki, bu il Azərbaycanda 400-dən çox körpə qüsurlu doğulub. Bu barədə Səhiyyə Nazirliyinin məlumat bildirilib.
Kənan Eynuroğlu