Deputatdan sensasion açıqlama: "Ermənilər müharibəyə hazırlaşır"
07:54 30.11.2017
Arxiv
1200
Araz Əlizadə:" Ermənilər müharibəyə hazırlaşdıqları üçün danışıqlara mane olurlar. Ən yaxşı cavab odur ki, Azərbaycan bunları bombardman etsin"
"Ermənilər işğal olunmuş ərazilərdə təlim keçirməklə müharibəyə hazırlaşdıqlarını xəbər verirlər”.
Bu barədə "Sherg.az”a millət vəkili Araz Əlizadə bildirib.
O söyləyib ki, təlimlərin bir məqsədi də erməni əhalisini sakitləşdirməkdir:
"Ermənistanda insanlar orduya getmək istəmir. Hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanun layihəsinin ləğvindən sonra da etirazlar baş qaldırıb. Bu təlimlərə ən yaxşı cavab odur ki, Azərbaycan bunları bombardman etsin. Bu mənim təklifimdi, amma ən yaxşısını Ali Baş Komandan bilir.
Ermənilər müharibəyə hazırlaşdıqları üçün danışıqlara mane olurlar. BMT-də çıxışımda da bəyan etdim ki, Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. BMT-nin Təhlükəsizlik Şurasına istiqamətlənməli və tələb edilməlidir ki, qətnamələrin həyata keçirilməsi üçün Ermənistana sanksiya tətbiq etsin. Bu da olmasa, Azərbaycan BMT nizamnaməsinə uyğun olaraq öz torpaqlarını müharibə yolu ilə azad etməlidir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti təlimlər keçir. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlər saat 11 radələrində başlayıb. Təlimdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunur. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya