Dəyişiklik dəstəkləndi : "Narkomanları həbs etməklə heç nə əldə etmirik, əksinə.."
08:55 26.09.2017
Arxiv
1472
"Ölkə başçısının 2017-ci il fevralın 10-da müvafiq sərəncamında cəza siyasətinin humanistləşdirilməsi nəzərdə tutulub”.
Bunu "Sherg.az”a narkomanların cinayət məsuliyyətinə cəlb edilməməsi haqqında dəyişikliklərə münasibət bildirərkən "Faustus” Hüquq Xidmətləri Mərkəzinin direktoru, hüquqşünas Vasif Rzayev deyib.
O bildirib ki, həmin qanuna əsasən cəmiyyətdən təcridetmə ilə əlaqəli olmayan cəza növləri və proseduralara məcburiyyət tətbiq edilir:
"Yəni sadə dillə desək, insanları ailəsindən ayırmadan, cəmiyyətdən təcrid etmədən onların islahına nail olmaq lazımdır. Onlar xəstə, narkomandırsa, qanun layihəsində nəzərdə tutulduğu kimi müalicə etmək, humanist siyasətlə həmin şəxsləri cəmiyyətə qazandırmaq başlıca məqsəddir. Ona görə, qanuna müvafiq dəyişikliklər edilir. 74.1-ci maddə cinayət məcəlləsinə əlavə edilir. Bununla narkoman şəxs cinayət məsuliyyətindən azad edilir. Təcrübə göstərir ki, insanlar cəmiyyətdən təcrid olunanda müsbətə doğru deyil, mənfiyə doğru gedir. Ondansa, həmin şəxsi müalicə edək, sağalsın, yanlış yoldan qaytarılsın, ailəsindən, cəmiyyətdən təcrid olunmasın.
Hesab edirəm ki, yeni dəyişiklik yaxşıdır. Çünki həmin şəxsləri həbs etdikdə heç nə əldə etmirik. Sadəcə, adam gedir, cəzasını çəkir, bir növ cəza müəssisəsinə öyrəşir. Buna görə, sonradan cinayət törətmək qorxusu onda itir. Nəticədə rahatlıqla deyə bilərik ki, azadlıqdan məhrum etmə problemi həll etmir. Satış məqsədi olmadan narkotik maddələri əldə edən, istifadəçisi olan şəxsi müalicə edib, cəmiyyətə daha sağlam qaytara bilərik. Təqdirəlayiq qiymətləndirirəm. Müalicə müəssisələrində işlər planlı, ciddi şəkildə bu proses aparılsa, narkomaniya azala bilər. Müalicə ən yüksək şəkildə aparıldığı təqdirdə müsbət nəticə vəd olunur. Bu isə hüquqi, demokratik, vətəndaşını düşünən dövlətin siyasətinin müsbət nəticəsi olar”.
Qeyd edək ki, Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.
Yeni maddəyə görə, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya