DİM sədrindən dövlət sifarişli yerlər barədə AÇIQLAMA

“Ötən il plan yerləri barədə kəskin dəyişiklik oldu, dövlət sifarişli yerlərin sayı da artdı”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu il üçün bir şey demək mümkün deyil: ‘Nazirlər Kabineti qərar verəcək, biz sadəcə təkliflərimizi verə bilərik. 2019-cu ildə 41693 nəfər ali məktəbə qəbul olub və yelər 87 faiz dolub. Onlardan təxminən 7 faizi subbakalavr olub”.

Sədr qeyd edib ki, 2020-də plan yerlər artıb:

“Ötən il 41748 qəbul olub, plan yeləri 86 faiz dolub. Amma bu plan yerlərinin 10,67 faizi subbakalavr olub, 2019-da 3515 subbakalavr qəbul olub, 2020-ci ildə 5179 subbakalavr ali məktəbə qəbul olub. İldən-ilə subbakalavrların sayı artacaq”.