DİN 3 nəfərin öldüyü hadisə barəsində MƏLUMAT YAYDI




Daxili İşlər Nazirliyi Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. 

"Sherg.az" nazirliyin saytına istinadən xəbər verir ki, mayın 2-də saat 19 radələrində Goranboy rayonunun Xanqərvənd kəndi ərazisində kənd sakini Əli Süleymanovun idarə etdiyi "VAZ-2121” və Ağdam rayon sakini Füzuli Quliyevin idarə etdiyi "Toyota” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Süleymanov hadisə yerində ölüb, 2 sərnişini, habelə F.Quliyev və sərnişinləri - arvadı Cəmilə və azyaşlı nəvəsi xəstəxanaya yerləşdirilib. F.Quliyev və Cəmilə orada vəfat edib.


Goranboy RPŞ tərəfindən araşdırma aparılır.