DİQQƏT ! "Ən ağır günvurmalar daha çox çimərliklərdə olur"





"Bu cür hava temperaturunda insanlar diqqətli olmasa, sonda daha ağır problemlərlə üzləşə bilər”

Bu barədə "Sherg.az”a insanların günvurmadan necə qorunması barədə danışarkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şəhvələd Məmmədov bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin və Nazirlər Kabinetinin havanın temperaturunun yüksək olmasi ilə bağlı birgə qərarı var:

"Həmin qərara görə, temperatur 41 dərəcə və ondan yüksək olduqda iş müddəti dayandırılır. Bu cür hava şərəitində bizə günvurmadan əziyyət çəkən bir çox insanlar müraciət edir. Onlarda günvurmanın təsirindən dəri səpkiləri və yanıqları, temperatur qalxması, ürək bulanma və qusma hallar baş verir. İnsanların əksəriyyəti günvurmanın təsirindən daha çox bu halla qarşılaşır. 

Bundan başqa ən ağır günvurmalar var ki, onlarda daha çox çimərliklərdə olur. Bəzi insanlarda bir saatdan artıq davamlı olaraq günün təsirinə məruz qaldıqda dəri yanıqları baş verir. 

Xəstə insanlar temperatur yüksəlməsi ilə əlaqədar olaraq bəzi xoşagəlməz hallar yaşayır. İnsanlar çölə çıxarkən çətirlərdən, gün əleyhinə maddələrdən istifadə etməklə özlərini günvurmadan qoruya bilərlər. Məsləhətdir ki, insanlar imkan daxilində səhər saat 11-dən axşam tərəfi saat beşə kimi çölə çıxmasın”.


İyun ayı ərzində ayı ərzində 16 nəfər günvurma ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına müraciət edib.

Bu barədə stansiyanın baş həkimi Rauf Nağıyev dedi ki, onlardan 12-si kişi, 4-ü qadın olub. Müraciət edən şəxslərdən 14 -nə ilkin yardım göstərilib, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. 

Kənan Eynuroğlu