Donald Tramp təhlükəyə görə kürsüdən endirildi

Amerikada Respublikaçı Partiyanın  prezidentliyə namizədi Donald Tramp, Nevada əyalətindəki seçki mitinqində gizli xidmət agentləri tərəfindən təhlükəsizlik səbəbiylə kürsüdən uzaqlaşdırılıb.
Türkiyə mediası xəbər verir ki, Prezident  seçkisinə iki gün qalmış kampaniyalarını davam etdirən prezidentliyə  namizədlər  Hillari Klinton və Tramp, qərarsız seçiciləri razı salmaq üçün "yelləncək" (seçkilərdə Demokratlar ilə Respublikaçılar arasında gedib gələn) əyalətlərə yönəldilər.
Nevada əyalətinin Reno şəhərində son mitinqlərindən birini təşkil edən Tramp, nitqinə başladıqdan qısa müddət sonra təhlükəsizlik səbəbiylə səhnədən ayrılmaq məcburiyyətində qalıb.
Trampı qorumaqda vəzifəli olan  iki gizli xidmət agenti, mitinqdə kürsünün yaxınlığında səbəbi məlum olmayan qalmaqal yaşanmasından sonra prezidentliyə namizədin qolundan tutaraq, sürətlə kürsüdən uzaqlaşdırıblar.
Polis kütlənin içindəki adamı mitinq sahəsindən uzaqlaşdırdıqdan sonra  Tramp, yenidən səhnəyə dönüb.
"Bu işin asan olmayacağını söyləmişdik, amma kimsə bizi dayandıra bilməyəcək." deyən Tramp, gizli xidmət agentlərinə  təşəkkürlərini çatdırıb.