Dördqat Türkiyə çempionu faciəvi şəkildə öldü - FOTO

Türkiyə "Salsa” çempionluğunu 4 dəfə qazanan və ABŞ-dakı Dünya Latın Rəqsləri Çempionatında "Salsa” kateqoriyasında 3-cülük əldə etmiş 25 yaşlı Cem Dəmir Adanada qaldığı mənzilin eyvanından düşərək ölüb.
Sherg.az-ın Türkiyənin "Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bir müddət öncə anasını itirən Dəmirin yıxılıb ölməsi yoxsa intihar etməsi araşdırılır.
Hadisə bu gün səhər saat 06.00 radələrində mərkəzi Çukurova rayonunun Damar Arıkoğlu bulvarında yerləşən binalardan birində baş verib. Adanada yerləşən rəqs məktəbinin açılışında səhnəyə çıxan Cem Dəmir, tədbirdən sonra dostları ilə birlikdə həmin binanın 4-cü mərtəbəsində yerləşən mənzilə gedib.
Burada bir müddət dostları ilə söhbət edən tanınmış rəqqas, eyvana çıxıb. Səs gəldiyini eşidən dostları Dəmirin aşağıda qan içində yatdığını görüblər. Onlar dərhal təcili yardıma və polisə məlumat veriblər. Təcili yardım həkimləri Dəmirin öldüyünü müəyyənləşdiriblər. Cem Dəmirin meyiti hadisə yerindən götürülərək morqa aparılıb.
Anar