Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib
12:05 07.08.2018
Arxiv
577
Avqustun 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakı şəhərində və respublikanın digər bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
"Sherg.az" xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.
Məcburi köçkünlərin kollektiv və fərdi müraciətləri, əsasən, mənzil-məişət problemləri, məskunlaşma, məşğulluq, qeydiyyat və status məsələləri ilə bağlı olub. Onlara bir daha xatırladılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Belə ki, yeni yaşayış komplekslərinin inşası davam etdirilir, ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni mənzillərə köçürülür. Qeyd olunub ki, bu sahədə görülən işləri Birinci vitse-prezident xanım Mehriban Əliyeva daim diqqətdə saxlayır.
Məcburi köçkünlərin müraciətləri diqqətlə dinlənilib və müvafiq qaydada qeydə alınıb.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılması və mövcud qanunvericilik çərçivəsində tədbirlər görülməsi üçün tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya