“Dövlət orqanları qaz limiti ilə bağlı təklifləri nəzərdən keçirir” – RƏSMİ

İbrahim Kəlbalayev:"Azəriqaz” İstehsalat Birliyi hər bir halda dövlətin verdiyi qərarı operativ olaraq icra edəcək”








"Dövlətin qanunvericiliyinə zidd olmayan istənilən ictimai təşəbbüslə çıxış etmək hər kəsin hüququdur”.

Bu sözləri "Sherg.az”a özəl açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev qaza tətbiq olunan limitin ləğvi və ya artırılması ilə bağlı təkliflərə münasibət bildirərək deyib:

O qeyd edib ki, hər kəs müəyyən təşəbbüslər irəli sürə bilər:

"Təbii ki, müvafiq dövlət orqanları da həmin təklifləri nəzərdən keçirirlər. "Azəriqaz” İstehsalat Birliyi hər bir halda dövlətin verdiyi qərarı operativ olaraq icra edəcək”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa əhaliyə verilən təbii qaza tətbiq olunan limitin iki dəfə artırılmasını təklif edib. Deputat bildirib ki, qaz limiti 2 dəfə artırılmalı, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır.


Yeganə Bayramova