"Dövlət qaçqınlar, müharibə əlilləri, şəhid ailələri və aztəminatlı ailələrə lazımi qayğını göstərir" - Deputat
11:06 28.12.2018
Arxiv
596
"Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə dövlətin qayğısı həmişə prioritet olub".
Bunu "Sherg.az"a millət vəkili Aydın Hüseynov deyib.
Parlamentari qeyd edib ki, sözügedən kateqoriyaya aid olan insanların sosial müdafiəsinin gücləndirilməsinə ən yüksək səviyyədə nail olunub:
"Onların sosial şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirib, məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunub və uğurla həyata keçirilir. Bundan başqa ötən aylardan şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsinə başlanılın və artıq bir əksər şəhid vərəsəsinə bu məbləğ ödənilib. Eyni zamanda aztəminatlı ailələrin hər birinə bayramqabağı 100 manat birdəfəlik yardım verildi. Bütün bunlar Azərbaycanda sosial siyasətin uğurla aparılmasının bariz nümunəsidir".
A.Hüseynov hesab edir ki, aparılan uğurlu sosial siyasət nəticəsində ölkəmizdə məcburi köçkünlərin məskunlaşdığı bütün çadır şəhərcikləri ləğv olunub:
"Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli binalar tikilərək istifadəyə verilir. Hazırda da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işləri davam etdirilir. Eyni zamanda, müharibə əlilləri, şəhid ailələri, onların övladları üçün dövlət lazımi qayğını göstərir. Hər il ölkə Prezidentinin məhz özəl gününü məcburi köçkünlərlə, sərhəd bölgəsində, sosial qayğıya ehtiyacı olan insanlarla qeyd etməsi isə onun humanistliyinin, öz xalqına diqqət və qayğısının aydın təzahürüdür".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm