"Dövlət rəsmiləri Rəsulzadənin Ankaradakı məzarını ziyarət etməlidir" - Dilqəm Əhməd
14:17 30.04.2018
Arxiv
1037
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il, aprelin 20-nə qədərki – 23 aylıq mövcudluğu müddətində dövlət olaraq, özünü tam doğrulda bildi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün tarixi dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Cümhuriyyətin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunması üçün prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb, yubileylə bağlı müvafiq qurumlara tapşırıqlarını verib. 2018-ci il "Cümhuriyyət ili” elan edildi və bunun fonunda müxtəlif layihələr, tədbirlər həyata keçirildi.
"Cümhuriyyət ili” çərçivəsində görülən işlər haqqında "Sherg.az”a danışan araşdırmaçı-jurnalist Dilqəm Əhməd tədbirləri qənaətbəxş hesab etmir. Onun sözlərinə görə, 2018-ci ildə həyata keçirilən layihələrin özəlliyi yoxdur:
"Cümhuriyyət ili” çərçivəsində bir neçə orta və ali məktəbdə tədbirlər keçirildi. "Azərbaycan” Universiteti, Bakı Ali Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası və digər universitetlər müxtəlif məzmunlu konfranslar, görüşlər keçirdi. Cümhuriyyətlə bağlı bir neçə yeni kitab yazıldı, əvvəlki illərin araşdırmaları yenidən çap olundu. Lakin bu tədbirlər tam şəkildə Cümhuriyyətin 100 illiyi üçün deyil, hər il keçirilən, sıradan tədbirlər idi. Halbuki, yubileylə bağlı daha möhtəşəm layihələr, geniş auditoriyanı əhatə edən tədbirlər gözləyirik. Təəssüf edirəm, hələlik heç bir yüksək əhəmiyyətli tədbir keçirilmir”.
Mayın 28-də planlaşdırılan yubiley tədbirlərinə gəlincə, D. Əhməd hesab edir ki, dövlət rəsmiləri Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarını ziyarət etməlidir:
"Eləcə də, Cümhuriyyətçilərin mühacir həyatı yaşadığı Fransada, Türkiyədə, Polşada və digər ölkələrdə tədbirlər keçirilməlidir. Həmin ölkələrin paytaxtında şəhər sakinlərinə təbliğat materialları paylanmalıdır.
"Cümhuriyyət ili”nin abu-havasının duyulması üçün şəhər bəzədilməlidir. Halbuki, Bakıda Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu hiss edilmir. Reklam lövhələrində, şəhərdə yerləşdirilən monitorlarda belə Cümhuriyyətlə bağlı heç bir yazı, video, foto yayımlanmır. Sanki Azərbaycanda "Cümhuriyyət ili” deyil, sıradan illərdən biri yaşanır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq