"Dövlət sahibi olduğumuz üçün Cümhuriyyət qurucularına minnətdar olmalıyıq !"
12:24 23.08.2017
Arxiv
1550
Qulu Məhərrəmli: "Bu gün dünya siyasi xəritəsində Azərbaycan adlı dövlət varsa, bu, Cümhuriyyət qurucularının xidmətidir”
"Media işçiləri, siravi vətəndaşlar, tarixindən, milli- istiqlal düşüncəsindən asılı olmayaraq hamımız Cümhuriyyətin varisiyik”.
Bu barədə "Sherg.az”a "Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi necə qeyd olunmalıdır ? " sualını cavablandırarkən tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmli bildirib.
Professorun fikrincə, müstəqil Azərbaycan Respublikası AXC-nin varisidir, ona görə 100 illik yubiley tədbirləri təntənəli şəkildə keçirilməldir:
"Bu, bizim üçün qürur, iftixar tarixidir. Tarix səhnəsinə uzun müddətdən sonra müstəqil dövlətlə çıxmışıq. Bu mənada Cümhuriyyətin 100 illiyini yüksək səviyyədə keçirməliyik. Rus dilində olan Gürcüstan və Ermənistan saytlarını izləyirəm. Onlar öz respublikalarının tarixini davamlı işıqlandırırlar.
Dövlət başçısı sərəncam imzalayıb və istiqamətləri göstərib. Sərəncamda Cümhuriyyətin tarixi əhəmiyyəti barədə danışılıb, bunu yaradanların gördüyü böyük işlər qeyd olunub. Ona görə, biz qurucu babalarımızın gördüyü işləri qiymətləndirməliyik. Baxın, dünyadakı 4 minə yaxın xalqın cəmi 200-nün dövləti var. Biz də dövlət sahibi olduğumuza görə, Cümhuriyyətin qurucularına minnətdar olmalıyıq. AXC-nin siyasi varisləri olaraq, həmin kursu davam etdirməliyik. Bu gün dünya siyasi xəritəsində Azərbaycan adlı dövlət varsa, bu, Cümhuriyyət qurucularının xidmətidir”.
100 illik yubiley üçün ciddi addımlar tələb olunmadığını deyən Q.Məhərrəmlinin sözlərinə görə, ilk istiqamətdə Cümhuriyyəti xatırlatmaq, önəmli bilgiləri vermək lazımdır:
"AXC qurucularının gördüyü böyük işləri işıqlandırmalı, Cümhuriyyət quruculuğu ərəfəsində baş verən siyasi hadisələri canlandırmalıyıq. Onların bu dövləti hansı şəraitdə qurduqlarını göstərmək lazımdır. Əsas demokratik dövlət, parlamentli respublika qurmaq nailiyyəti ön plana çəkilməlidir. Az qüvvə ilə bu qədər tarixi iş görən şəxsləri yad etməliyik.
Saytlardan tələb olunur ki, mütəxəssislərə müraciət etsinlər. Təqvim versinlər ki, məsələn, avqustun 30-da bu hadisə baş verib, sentyabrda filan hadisə yaşanıb və s. Bunlar hamısı günbəgün, saatbasaat işıqlandırılmalıdır ki, yeni nəsil Cümhuriyyətdən xəbər tutsun. AXC qurmaq üçün həyatını verən insanları yad etməliyik. Böyük siyasi proseslərin içində, mürəkkəb beynəlxalq şəraitdə, müstəqil xarici siyasət, parlamentli respublika quran, qadınlara seçki hüququ, insan hüquqları bəxş edib, belə müasir dövlət quran şəxslərin xidmətləri danılmazdır. Həmin dövrdə Cümhuriyyətin yaranmasının ideoloji mənbələrini göstərməliyik. Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni, Üzeyir Hacıbəyovu və s. dəyərli, xalqın iftixarı olan insanları yad etməliyik. Bu tarixə xor baxmaq olmaz, istək, ürək lazımdır ki, xüsusi qiymət verə bilək. Ən əsas məqam isə ölkə başçısının sərəncamına belə barmaqarası baxmaq olmaz. Ona görə, medianın vəzifəsidir ki, sərəncamda qeyd olunan məsələləri işıqlandırsın".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamını cari ilin may ayında imzalayıb. Sərəncamın ilk bəndində göstərilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol