Dövlət sosialyönlü xərclərə ayrılan vəsaiti artırıb - RƏSMİ
15:30 22.07.2021
Arxiv
543
2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.
Oxu.Az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12 668 600 000 manat təşkil etməklə xərclərindən 1 078 100 000 manat artıq olub.
Dövlət büdcəsinin gəlirləri 12 177 200 000 manat proqnoza qarşı 11 755 000 000 manat və ya 96,5 faiz icra olunub.
2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12 070 800 000 manat proqnoza qarşı 11 590 500 000 manat və ya 96 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 7 654 900 000 manatı və ya 66 faizi cari xərclərə, 3 052 100 000 manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500 200 000 manat və ya 19,6 faiz çox), 883 500 000 manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 800 000 manat və ya 0,3 faiz çox) yönəldilib.
Sosialyönümlü xərclər dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5 111 700 000 manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127 300 000 manat və ya 2,6 faiz üstələyib.
Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164 500 000 manat təşkil edib.
Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazisləri üzrə 107 200 000 manat vəsait istifadə olunub, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774 000 000 manat cəlb edilib.
Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15 328 900 000 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 958 300 000 manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12 752 400 000 manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7 335 300 000 manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 576 500 000 manat büdcə artıqlığı (profisit) yaranıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə