DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirib
16:32 15.01.2019
Arxiv
840
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinin səhnələşdirdiyi "Tıq-tıq xanımın saxta babası” bu dəfə Bakının Abşeron rayonunda uşaqlarla görüşə gəlib.
DTX-dən "Report"a verilən məlumata görə, Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın sərgüzəştlərini müasir üslubda işləyən quruluşçu rejissor və ssenari müəllifi Zəhra Quliyeva maraqlı və dinamik nağıl-tamaşa yaratmağa müvəffəq olub.
Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzinin tamaşa zalına toplaşan məktəbəqədər müəssisələrdə tərbiyə alan fidanlar sehrli nağıllar aləminə səyahət ediblər. Onların nağıldan tanıdıqları Tıq-tıq xanım bu dəfə fərqli, gözlənilməz məcrada cərəyan edən hadisələrlə üzləşib. Şaxta babanı tapmaq və onun Qar qızı olmaq arzusu ilə Tıq-tıq xanımın üzləşdiyi macəralar uşaqlar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.
Orijinallığı, kreativliyi, ritmik musiqi və rəqsləri, rəngarəng işıq effektləri, dinamikliyi ilə yadda qalan tamaşa balacalara təkrarolunmaz təəssüratlar, əsl bayram ovqatı bəxş edib. Aktyorların məharətli çıxışı, şən musiqilər, sevimli mahnılar, göz qamaşdıran kostyumlar və səhnə dekorasiyaları uşaqların şən əhval-ruhiyyəsinə hakim kəsilib, onları riqqətə gətirib.
Tamaşanın quruluşçu rejissorunun Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində gözəl bir Yeni il guşəsi yaratması balacaların bayram əhval-ruhiyyəsinə əlavə rəng qatıb. Nağıl-tamaşadan sonra bura toplaşan uşaqlar, tərbiyəçilər, valideynlər yaradıcı heyətə yaddaqalan, xoş təəssüratlarla zəngin səhnə əsərinə görə minnətdarlıqlarını bildirib, nağıl qəhrəmanları ilə xatirə şəkilləri çəkdiriblər.
DTX-nin Mədəniyyət Mərkəzinin dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək məqsədilə yaratdığı tamaşa ölkəmizin digər şəhər və rayonlarında da göstəriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm