Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb
11:35 19.10.2018
Arxiv
593
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun təşəbbüsü ilə ərəb dünyasında ən böyük elektron təhsil platforması – elektron mədrəsə işə salınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, "Məhəmməd bin Rəşid Al Maktumun qlobal təşəbbüsləri” Fondunun unikal inqilabi layihəsi olan mədrəsə bütün dünyada 50 milyondan çox ərəb tələbəyə ərəb dilində pulsuz tədris materialları təqdim edir.
Müxtəlif fənlər, o cümlədən riyaziyyat fənni üzrə 5 min maarifləndirici videoçarx istifadəyə verən platforma uşaq bağçasından tutmuş məktəbin buraxılış sinfinədək müxtəlif yaşlı şagirdlər üçün nəzərdə tutulub.
Təşəbbüsün həyata keçirildiyini elan edən Şeyx Məhəmməd bin Rəşid qeyd edib ki, ”region üçün daha gözəl gələcəyin yaradılması məktəbdən başlayır, elektron təhsil isə ərəb dünyasının müxtəlif ölkələrində insanların bilik səviyyəsində fərqi aradan qaldırmağa kömək edəcək. Dubay Əmirinin sözlərinə görə, onlar hər bir ərəb uşağını yüksək səviyyəli təhsillə təmin etməyə çalışırlar. Bu texnologiya elmi potensialını inkişaf etdirməsi üçün milyonlarla ərəb tələbə qarşısında da geniş imkanlar açır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz