Dünya Bankı Azərbaycana 65 milyon dollar ayırdı
08:42 21.05.2021
Arxiv
379
Dünya Bankının İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasına 65 milyon dollarlıq kreditin ayrılması təsdiqlənib.
Oxu.Az-ın Dünya Bankından əldə etdiyi məlumata əsasən, kredit “Regional Bağlantı və İnkişaf” layihəsinin maliyyələşdirilməsi üçün ayrılıb.
Vurğulanıb ki, layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat infrastrukturu təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq. Bu marşrut boyunca yaşayan təxminən 250 min insan təkmilləşdirilmiş yol infrastrukturu, iqtisadi imkanlardan və əsas xidmət obyektlərinə asanlıqla faydalanacaq.
Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Maykl bildirib ki, bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək.
Layihə üç əsas sahəni maliyyələşdirəcək. İlk növbədə kənd təsərrüfatı və logistika infrastrukturuna qoyulan investisiyalar təkmilləşdirilmiş yolların sosial-iqtisadi inkişafa təsirini maksimum dərəcədə artırmaq məqsədi ilə bazarın əlçatanlığını dəstəkləməyə kömək edəcək.
İkincisi, layihə yol şəbəkəsi idarəetmə sistemlərinin inkişafı üçün texniki yardım və digər xərclərin tətbiqi, nəqliyyat vasitələrinin həddindən artıq yüklənməsinin qarşısının alınması, nəqliyyat sektoru daxilində maliyyə davamlılığı və səmərəliliyini dəstəkləyəcək.
Üçüncüsü isə layihə yerli icmalara gəlir gətirmə imkanlarını yaxşılaşdırmaq üçün yol kənarındakı logistika və bazar obyektlərinin dizaynını və tənzimlənməsini dəstəkləyəcək.
Qeyd edilib ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. Bu günə qədər Dünya Bankı Azərbaycanda ümumilikdə 4,4 milyard dollar olan 50-dən çox layihəni maliyyələşdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya