Dünyada ən az işləyən xalq almanlardır





Dünya İqtisadi Forumu dünya ölkələrində vətəndaşların il ərzində orta hesabla neçə saat işlədiklərini hesablayıb.
Virtualaz.org xəbər verir ki, aşağıda diqqətinizə çatdırılan statistikaya əsasən, ən az işləyən almanlardır. Ən çox işləyənlər isə Meksikada yaşayır. Mötərizədə göstərilən rəqəm isə orta pensiya məbləğinin ölkədəki orta aylıq əməkhaqqına nisbətidir.
Meksika - 2225 saat (30%)
Cənubi Koreya - 2030 saat (45%)
Rusiya - 1980 saat (38%)
İsrail - 1890 saat (75%)
Litva - 1885 saat (70%)
ABŞ - 1780 saat (50%)
Xorvatiya - 1720 saat (130%)
Kanada - 1700 saat (55%)
Danimarka - 1400 saat (80%)
Niderland - 1420 saat (100%)
Almaniya - 1360 saat (53%)
Oğrunu tutdu
"Mən idmançıyam, qaça bilməzsən”

Britaniyanın tanınmış idmançılarından biri, sprinter Lyuiçino Marti-Tomas mobil telefonu oğurlayıb qaçan adamı tutub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 200 metr məsafəyə qaçışda rekordlar vurmuş 35 yaşlı Marti-Tomas Londonun Hay-Holborn səmtində olarkən gənc bir şəxsin səkidəki yaşlı qadının mobil telefonunu qaparaq aradan çıxmağa çalışıb. Marti-Tomas qarətçini görüb, "Mən idmançıyam, qaça bilməzsən!” deyərək oğrunun dalınca qatıb. Az sonra o, oğruya çataraq onu tutub.