Dünyanı şok edən açıqlama: Ərafatın qatillərini açıqlayacağıq, hər kəs dəhşətə gələcək"

Fələstin dövlət başçısı Mahmud Abbas, 12 il əvvəl həyatını itirən Fələstinin əfsanəvi lideri Yasir Ərafatın şübhəli ölümüylə əlaqədar olaraq, "Yaxında qatilləri açıqlayacağıq və hər kəs dəhşətə gələcək" deyib.
Keçmiş Fələstin lideri Ərafatın vəfatının 12-ci ildönümü ilə əlaqədar Fəth Hərəkəti tərəfindən Ramallahda təşkil edilən anım mərasimində danışan Abbas, Ərafatın ölümüylə əlaqədar istintaqın davam etdiyini söyləyib. Abbas, "Mənə soruşacaq olsanız, qatilin kim olduğunu yaxşı bilirəm. Ancaq mənim şahidliyim qatilin açıqlanması üçün kafi deyil. İstintaq komissiyasının bütün detalları təsbit etməsi lazımdır. Ən yaxın zamanda qatillərin, faillərin kim olduğunu açıqlayacağıq və hər kəs bu nəticədən dəhşətə gələcək" deyə danışıb.