Hər iki dövlət başçısı paradda çıxış edərək, bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya-həm dostlarımza, həm də düşmənlərimizə nümayiş etdirmiş oldu:
"...Dünyaya səs salacaqbir parad keçirildi"- Akademik
09:59 17.09.2018
Arxiv
960
"15 sentyabrda iki Azərbaycan, iki Bakı, iki qardaş dövlət yenidən bir-birinə qovuşdu”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, akademik Ziyad Səmədzadə deyib.
Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paradla bağlı fikirlərini bəyan edən deputat bildirib ki, hər iki dövlət başçısının iştirakı ilə Bakıda paytaxtımızın işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı son dərəcədə möhtəşəm, dünyaya səs salacaq parad keçirildi.
Hər iki dövlət başçısı paradda çıxış edərək, bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya-həm dostlarımza, həm də düşmənlərimizə nümayiş etdirmiş oldu:"Dünya bir daha gördü və duydu ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daimidir, əbədidir, dönməzdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev özü də çıxışında bu məqama toxunaraq bəyan etdi ki, "bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir və dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq dursun. Eyni zamanda, qardaş dövlətin başçısı bəyan etdi ki, Türkiyə bu günə qədər Azərbaycana əlindən gələn yardımı göstərib və bundan sonra da göstərəcək. Hər iki dövlət başçısı son dərəcədə səmimi, dərin məzmunlu, geniş əhatəli çıxış etdi. Əlbəttə, bu çıxışlar hələ uzun illər yaddaşlardan, hafizələrdən silinməyəcək. Bu özü bir daha iki qardaş və dost arasında münasibətlərin hansı yüksək səviyyədə olduğuna aydınlıq gətirdi, işıq saldı. Bütövlükdə bunlar onu göstərir ki, hər iki dövlət həm sevincini, uğurlarını bərabər bölüşür, həm də dar gündə bir-birilərinə arxa-dayaq olur, kədərlərini, dərdlərini paylaşırlar”.
Millət vəkilinin sözlərinə görə, iki dövlətin birlik və bərabərliyi sayəsində 30 ildən bəri davam edən və dünyanın ədalətsizliyi üzündən hələ də həllini tapa bilməyən Qarabağ münasiqəsinin birdəfəlik çözümünə, ədalətli, istədiyimiz, arzuladılğımız sülhə nail olmaq mümkünləşəcək:
"Buna böyük ehtiyacımız var. Artıq Azərbaycan insanı 100 il öncə Bakımızın işğalda azad edildiyi kimi, Qarabağmızın da işğaldan qurtulmasını, bu bölgəyə əbədi sülh gəlməsini istəyir. İnanıram ki, gec-tez buna nail olunacaq, ədalət, zəfər, qələbə bizimlə olacaq və buna da qardaş Türkiyəylə birlikdə nail olacağıq. Azərbaycan da, Türkiyə də həm regionda, həm dünyada sülhün tərəfdarı, sülhün çarçısıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət