"Hətta belə fikirlər səsləndirildi ki, son vaxtlar ermənilər arasında Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyənlər çoxdur. Sosial şəbəkələrdə də bu yöndə geniş müzakirələr aparılır. Görünür, Ermənistan cəmiyyəti hazırda iki qütbə bölünüb. Bir hissə Azərbaycan torpaqlarının qaytarılmasını müdafiə edir, digər bir qisim, daha doğrusu, bəzi yüksək çinli şəxslər isə bunu müdafiə edənlərə qarşı sərt mövqedədir və mitinq keçirilməsini tələb edirlər. Amma bu mitinq çağırışlarına cavab verənlər çox cüzidir. Ermənilərin mövcud durumu qəbul etməsi, Azərbaycanın yürütdüyü siyasətin, ölkə başçısının həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin nəticəsidir. Düşmən bilir ki, Azərbaycan torpaqlarını gec-tez a azad edəcək. Onların bu məsələni anlaması bizim üçün əhəmiyyətli məqamdır.
"Düşmən bilir ki, Azərbaycan torpaqlarını gec-tez azad edəcək" - Politoloq
13:52 07.08.2018
Arxiv
1367
"Erməni xalqının Dağlıq Qarabağ məsələsi ilə bağlı əhval-ruhiyyəsi xeyli dəyişib, mövqeyi yumşalıb”.
Bunu "Sherg.az”a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib.
O qeyd edib ki, son vaxtlar səsləndirilən fikirlər, erməni politoloqların və ekspertlərin açıqlamaları onların aqressiyasının nisbətən azaldığını göstərir:
"Hətta belə fikirlər səsləndirildi ki, son vaxtlar ermənilər arasında Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyənlər çoxdur. Sosial şəbəkələrdə də bu yöndə geniş müzakirələr aparılır. Görünür, Ermənistan cəmiyyəti hazırda iki qütbə bölünüb. Bir hissə Azərbaycan torpaqlarının qaytarılmasını müdafiə edir, digər bir qisim, daha doğrusu, bəzi yüksək çinli şəxslər isə bunu müdafiə edənlərə qarşı sərt mövqedədir və mitinq keçirilməsini tələb edirlər. Amma bu mitinq çağırışlarına cavab verənlər çox cüzidir. Ermənilərin mövcud durumu qəbul etməsi, Azərbaycanın yürütdüyü siyasətin, ölkə başçısının həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin nəticəsidir. Düşmən bilir ki, Azərbaycan torpaqlarını gec-tez a azad edəcək. Onların bu məsələni anlaması bizim üçün əhəmiyyətli məqamdır.Ölkə başçısı, Prezident İlham Əliyevin çıxışlarında Ermənistana ünvanladığı mesajlar da Azərbaycanın mövqeyinin dəyişmədiyini ifadə edir. Prezidentin şəxsiyyəti, Azərbaycanın iqtisadiyyatını, hərbi və digər sahələrdə potensialını gücləndirməsi qonşu dövlətlərin diqqətindən qaçmır. Ermənilər də çox yaxşı bilir ki, gündən-günə güclənən Azərbaycanın siyasəti torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi baş tutub. Mərasim zamanı çıxış edən ölkə başçısı İlham Əliyev bir neçə mühüm məsələ ilə yanaşı Dağlıq Qarabağ münaqişəsindən də söz açıb. Prezident münaqişənin həllinin yalnız bir yolu olduğunu vurğulayıb: "İşğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir”
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya