
“Efir cəmiyyətin tərbiyəsini formalaşdırır” - Nəzarət gücləndirilməlidir !
17:43 08.04.2019
Arxiv
614
Zeynal Məmmədli:“Mənəvi itkiləri bərpa etmək mümkün deyil. Bu zaman yaralar gec sağalır”
"Televiziyalar cəmiyyətin bir güzgüsüdür. Cəmiyyət nəyi görürsə, ona uyğun tərbiyə olunur”.
Bu sözləri "Sherg.az”a açıqlamasında tanınmış media ekspert Zeynal Məmmədli deyib.
Ekspertin sözlərinə görə, hansısa telekanallarda xoşagəlməz hallar baş verirsə, deməli, nəzarət mexanizmi gücləndirilməlidir:
"Ölkəmizdə baş verən gerçək hadisələr televiziyada göstərilir. Ona görə də, məsələnin kökünə baxmaq lazımdır. Cəmiyyət olaraq ictimai qınaqdan qorxuruqmu? Belə qınaqlar olarsa, nə itiririk? Ümumiyyətlə, televiziyada neqativ hallar yaşanan zaman maddi itkilər olduğu kimi mənəvi itkilər də baş verir. Maddi itkiləri, yəni cərimələri ödəməklə can qurtulur. Lakin mənəvi itkiləri bərpa etmək mümkün deyil. Bu zaman yaralar gec sağalır. Söhbət yalnız televiziyalardan getmir. Eyni hadisələr parlamentdə, dövlət qurumlarında, məhkəmələrdə və.s yerlərdə yaşanır. Cəmiyyət üzvləri istər telekanallarda, istərsə də digər yerlərdə neqativ hallarla qarşılaşan zaman sarsıntılar keçirə bilir”.

Z. Məmmədli hazırda televizyalarımızda canlı yayımların elə də çox olmadığını bildirib:
"Canlı yayım olmadıqda mənfi halların qarşını asanlıqla ala bilirlər. Ona görə də, telekanallarımızda xoşagəlməz hadisələr baş verdikdə əsasən nəzarətçilər məsuliyyət daşımalıdır. Telekanalların birində pis ifadələr işlənirsə, yalnız həmin sözü deyən şəxs cəzalanmır. Ona görə də bəlkə "Space” kanalında nəzarətçilər baş verənləri bir anlıq gözdən qaçırıblar.
Buna baxmayaraq bir fərd olaraq hər kəs düşünməlidir ki, efir məkanında yaşananlar bütövlükdə cəmiyyətin tərbiyəsini formalaşdırır”.
Qeyd edək ki, bu günlərdə müğənni Rüfət Axundov "Space” kanalında yayımlanan "Hər səhər” verilişində ədəbsiz ifadələr işlədib. Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ baş verənlərə görə "Space” TV-ni də cərimələyib.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat