Əflatun Amaşov: Prezidentin 15 ildəki fəaliyyəti Azərbaycan dövlətinin varlıq, əbədilik təminatıdır
07:39 14.10.2018
Arxiv
593
Ötən 15 ilin dəyişən Azərbaycanı heyrət doğurur. Bunu Trend-ə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov qeyd edib ki, Prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti Azərbaycan dövlətinin varlıq, əbədilik təminatıdır:
"Bu, son dərəcə tarixi uğurdur. Mən bu uğuru dəyərləndirərkən ilk növbədə ulu öndər Heydər Əliyevin də müstəsna xidmətlərini yada salmağı zəruri sayıram. Hesab edirəm ki, Heydər Əliyev Azərbaycanın timsalında kifayət qədər mürəkkəb, müxtəlif qlobal güclərin maraq dairəsində olan Cənubi Qafqaz regionunun bir növ axarını dəyişdi. Bəlkə çoxları düşünə bilərdi ki, ölkəmizin 1991-ci il müstəqilliyi formal xarakter daşıyacaq, lakin Heydər Əliyev formallıq kimi görünən prosesi danılmaz reallıq halına gətirdi. Cənab İlham Əliyev isə Azərbaycanı hesablaşılası vacib olan gücə çevirdi. Bir dövlət başçısının adının tarixə keçməsi üçün bundan böyük xidmət ola bilməz".
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev daxili və xarici siyasəti daim vəhdətdə tutan səriştəli lider kimi də özünü təsdiqlədi:
"Onun hər xarici siyasət uğurunda daxildəki vətəndaş, vətəndaşın rifahı amili başlıca xətt olaraq özünü göstərdi. Bu baxımdan 15 ilin statistik rəqəmləri həqiqətən də heyrət doğurur. Ümumən ötən 15 ilin dəyişən Azərbaycanı heyrət doğurur. Elə bir sahə, elə bir istiqamət yoxdur ki, orada yüksək inkişaf olmasın, tərəqqi müşahidə edilməsin. Tarixdə intibah dövrü deyilən mərhələ var. Orta əslərin Avropasında və Azərbaycanında bu mərhələ fərqli əsrlərdə yaşanıb. İntibahı şərtləndirən xüsusiyyətlər var. Cənab İlham Əliyevin Prezidentliyinin ötən 15 ilini müasir dövr Azərbaycanının intibah dövrü kimi xarakterizə edərdim. Bu intibah dünyaya açılım idi. Bu intibah eyni zamanda dünyaya Azərbaycan mədəniyyətinin axınını doğurdu, ölkəmizə mədəniyyətlərin qovuşduğu məkan statusu qazandırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya