Əhalinin nəzərinə: Bakıya intensiv yağış yağacaq





Dekabrın 03-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Lent.az Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarına gəlibcə, hava şəraitinin Qərb rayonlarında əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.