Ehtiyacı olana sığınacaq verin...
08:39 08.08.2018
Arxiv
769
Mehriban Zeynalova: “Qaydalar sadələşdirilməlidir”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial qayğıya ehtiyacı olan şəxslərin sığınacaqlara yerləşdirilməsi üçün müvafiq tədbirlər görür.
Bu günlərdə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib ki, vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyev nazirlik tərəfindən yenidən xəstəxanaya yerləşdirilib.
F.Talıblı Akif Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib: "Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir. Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır”.
Qayğıya ehtiyacı olan şəxslərin sığınacaqlara yerləşdirilməsini müsbət qiymətləndirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sherg.az-a açıqlamasında bildirib ki, nazirliyin bu cür tədbirlər görməsi həmin şəxslərin normal qaydada cəmiyyətə inteqrasiyasına şərait yaradır:
"Sadəcə olaraq sənədləşmə ilə bağlı müəyyən prosedur qaydalarının sadələşdirilməsinə ehtiyac var. Məsələn, sığınacağa gələn insanların psixoloji vəziyyəti ilə bağlı arayışlar və ya digər sənədlər olmasa, onları sığınacağa götürmürlər. Məncə, bu tələblərə uyğun sənədlər həmin kateqoriyadan olan adamlar üçün əlçatmazdır.
Düşünürəm ki, qaydaların mürəkkəbliyi onların həmin sığınacaqlardan bəhrələnməsinə maneçilik törədir. Yaxşı olardı ki, sənədləşmə ilə bağlı qaydalar sadələşsin.
Sığınacağa qəbul olan şəxs xəstədirsə, dərhal xəstəxanaya yerləşdirilir və yaxud psixoloji durumu normal deyilsə, xüsusi müəssisəyə aparılır. Bütün bunlar cəmiyyətimiz üçün də faydalıdır. Çünki qayğıya ehtiyacı olan insanların dövlət himayəsinə alınması və onların normal şəxs olaraq cəmiyyətə qayıtması olduqca vacib amildir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual