"Əkinçi"nin tədqiqatçısının 75 illik yubileyinə həsr olunmuş toplantı...





Dekabrın 13-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçiriləcək.

"Sherg.az" xəbər verir ki, Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, elm xadimlərinin, tanınmış ziyalıların iştirak edəcəkləri toplantıda yubilyarın həyat və yaradıcılığından söz açılacaq, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salınacaqdır.

Qeyd edək ki, Esmira Yusuf qızı Cavadova 29 dekabr 1942-ci ildə Şəkidə anadan olub. 1960-1965-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-nun) təhsil alıb. 

"Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası işləyib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. 

Bu tədqiqat H.B.Zərdabinin yaradıcılığına həsr olunan etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. Tədqiqat işi "Sətirlərdə döyünən ürək” adı ilə çapa gedib.