Elçibəyin qardaşı xəstəxanada qalmadı, evinə döndü
15:17 28.08.2017
Arxiv
587
"Dövlət adamları da mənim xətrimi çox istəyir"
Mərhum prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin səhhətində problemlər yaranıb.
Bununla bağlı xəbəri o, özü Musavat.com-a açıqlamasında təsdiqləyib. Almurad bəyin dediyinə görə, gözləmədiyi halda səhhətində ortaya çıxan narahatlıqlarla bağlı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasındakı həkimlərə müraciət edib: "Həkimlər sağ olsun, hərtərəfli müayinə etdilər, müalicəyə başladılar. Allah hamısının canını sağ eləsin!
Sizin vasitənizlə baş həkimi Telman İbadova, 22 ildir mənim qayğıma qalan professor Südeyif həkimə, professor Məcid həkimə, Respublika Xəstəxanasının bütün kollektivinə minnətdarlığımı bildirirəm. Hamısı sağ olsun!”
A.Əliyevin dediyinə görə, sidik kisəsində problemlərin yaşanması səbəbindən həkimlər onun xəstəxanada müalicə olunmasını tövsiyə edib: "İstədilər xəstəxanada yatırsılar, hövsələm çatmadı, gəldim evə”. Almurad bəydən xəstəliyi dövründə Elçibəyin silahdaşlarının onu yoluxub-yoluxmadığını da soruşduq. "Çoxu bilmir xəstəyəm, amma bilənlər zəng edir, baş çəkir. Dövlət adamları da mənim xətrimi çox istəyir. Allah hamıya şəfa versin!” deyə, bildirdi.
Almurad bəyə biz də Allahdan şəfa diləyirik!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq