Politoloq qeyd edib ki, təşkilat artıq fəaliyyətə başlayıb:
Eldar Namazov yeni təşkilat yaratdı
19:18 14.07.2021
Arxiv
556
Azərbaycan Prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov yeni təşkilat yaradıb.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir təşkilat fəaliyyətə başlayıb. Eldar Namazov saytımıza açıqlamasında xəbəri təsdiqləyib.
"90-cı illərdə Strateji Araşdırmalar Mərkəzi adlı təşkilat yaratmışdım. Sonradan həmin təşkilatın əməkdaşları, o cümlədən mən müxtəlif dövlət vəzifələrinə təyinat aldıq. Ona görə də təşkilatın fəaliyyətini dondurdum. İndi bu təşkilatın yenidən fəaliyyətinə ehtiyac var. Buna görə də Strateji Araşdırmalar Mərkəzinin bazasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzini təsis etdik. Azərbaycanın ətrafında geopolitik proseslərin getdiyi bir dönəmdə hadisələrin dəqiq araşdırılması və təhlil olunması gərəkdir”, deyə Eldar Namazov bildirib.
Politoloq qeyd edib ki, təşkilat artıq fəaliyyətə başlayıb:
"Müəyyən işlər görməyə başlamışıq. Sadəcə indi pandemiya dövrü olduğundan təşkilat şəbəkə formasında fəaliyyət göstərir. Bununla belə, biz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Necə deyərlər, addım-addım irəliləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm