"Elə avtobus şirkətləri var ki, xəbərdarlıqlara əməl etmir"
15:11 17.07.2018
Arxiv
996
"Təcrübə göstərir ki, ictimai nəqliyyat problemlərini xəttə müasir avtobuslar buraxmaqla, keyfiyyətli xidmət göstərməklə həll etmək mümkündür”.
Bu sözləri "Sherg.az”a respublikada olan avtobusların 77 faizin 10 ildən çox istifadə edildiyindən köhnəlməsinə münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, hazırda marşrut avtobuslarının yenilənməsi prosesi davam edir:
"Bəzi xətlər üzrə avtobuslar tender elan olunmaqla müxtəlif şirkətlərə həvalə olunur. Əvvəldən fəaliyyət göstərən elə şirkətlər var müvafiq orqanların xəbərdarlığına riayət etmir, avtobusların yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi məsələlərini nəzərə almırlar. Heç bir tədbir görməyən şirkətlərin əməlləri öz fəaliyyətlərinin dayanmasına gətirib çıxarır. Elə ötən həftə 20 və 94 nömrəli marşrut xətləri tenderə çıxarıldı və qalib olan "BakuBus" şirkəti bu marşrutlara nəzarət edəcək. Bununla bərabər, tənqidlərə diqqət edərək, keyfiyyətli fəaliyyət göstərən digər şirkətlər də var ki, bu prosesdə iştirak edirlər.
Bəzi şirkətlərə dövlət müəyyən dəstəyi göstərdiyinə görə, onlar öz işlərini yüksək səviyyədə qura bilirlər. Amma digərləri özəl strukturlardır və gələcəkdə bunlara cüzi faizlərlə kreditlər verilsə, həmin şirkətlər də fəaliyyətini yüksək səviyyədə qurar, ictimai nəqliyyat problemləri həll oluna bilər”.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyəti narahatlıq doğurur:
"Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81 faizinin yaşı 10 ildən çoxdur. Bu baxımdan avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə tədbirlər planı hazırlanıb”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm